Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rəsmi Bakı ABŞ-la qarşıdurmadan qaçır

 

Yeni ilin ilk günləri ABŞ və Azərbaycan arasındakı gərgin münasibətlərə yeni motivlər gətirib. Rəsmi Bakının Amerika konqresmenlərinin insan hüquqlarının pozulmasına görə Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsi haqqında "Azərbaycan demokratiya aktı 2015” təşəbbüsünə aqressiv reaksiyası AR Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Novruz Məmmədovun dövlət başçısı İlham Əliyevin Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət edilməsi haqqında bəyanatından sonra dəyişməyə başlayıb.

Novruzovun bəyanatı yanvarın 6-da, KİV-də və sosial şəbəkələrdə Əliyevin sammitə dəvət edilməməsi haqqında şaiyələr  yayılmağa başladıqdan sonra Tvitterdəki mikrobloqda yayılıb. Novruzov dəvətin hələ dekabrın 3-də şəxsən prezident Obama tərəfindən göndərildiyini vurğulamağa tələsib.

Rəsmi Bakının dəvəti bir ay sonra dərc etməsi faktı özü göstərir ki, Əliyev administrasiyası konqresmenlərin məlum təşəbbüsündən sonra düşmənçi ədavətdən konstruktiv dialoqa doğru təkamül keçirib. Deputat Zahid Oruc kimi müxtəlif hökumətyönlü xadimlərin bəyanatları və indi ictimaiyyəti ABŞ prezidentinin Azərbaycan prezidentinə şəxsi münasibətinin tamamilə iltifatlı olduğuna inandırmağa çalışan hökumətyönlü KİV-in dəyişmiş tonu da buna dəlalət edir.

Nüvə təhlükəsizliyi sammitinə dəvətin ictimai şəkildə etiraf olunması həmçinin rəsmi Bakının martın 31-nə qədər okeanın digər tayında qıcıqlanmaya səbəb olan bir sıra kəskin məsələləri, ilk növbədə 100-ə yaxın vətəndaş cəmiyyəti fəalını əhatə edən aktual siyasi məhbuslar mövzusunu aradan qaldırmağa çalışacağını göstərir. Prezident Əliyev ABŞ paytaxtına əliboş və vədlərlə gələ bilməz və ya əks halda o, ümumiyyətlə sammitdə iştirak etməməlidir. Lakin hazırki böhran şəraitində dəvətə məhəl qoyulmaması ehtimalı çox azdır. Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən etibarən müşahidə olunan ABŞ dəstəyinin itirilməsi, Vaşinqtonun Makkeyn İnstitutunun direktoru Devid Kramerin sözləri ilə desək, ölkəni heç də dost münasibətləri olmayan region qonşuları ilə təkbətək qoya bilər. Ermənistanla müharibə, klerikal şiə İranı ilə gərgin münasibətlər, prezident Putinin ağzı ilə rəsmi Bakıya xarici düşməncə təşəbbüslərin dəstəklənməsi haqqında irad irəli sürən Rusiya ilə gərginlik.

Əlbəttə, bu problemli regional oyunçular üçlüyündə Rusiya xüsusi diqqətə layiqdir, iqtisadi böhranlar zamanı onun əməlləri xüsusilə təxminolunmaz olur. Onun Ukrayna, Suriya, Türkiyəyə qarşı hərbi siyasəti bunun əlavə dəlilidir. Bu cür dövrlərdə MDB-dən ən yaxın qonşular xüsusi narahatlıq hiss edir, Ukrayna böhranının fəal fazası dövründə Belarus, Qazaxıstan prezidentlərinin və digərlərinin narahat notalarında bu, hiss olunurdu. Görünür, bu 

  Prezident Əliyev vəziyyəti şərh edərkən qeyd edib ki, böhran ABŞ-ın Rusiyaya qarşı düşünülmüş siyasətinin nəticəsidir. Bununla o etiraf edib ki, neft qiymətlərinin ucuzlaşmasından irəli gələn problemlərin həllinin açarı Moskvada deyil, Vaşinqtondadır.
gün Rusiya neftdən asılı ölkələr arasında təhlükəli qeyri-sabitliklə nəticələnəcək ən böyük problemlərini yaşayır. Sonuncu statistik məlumatlar 2016-cı ildə Rusiya iqtisadiyyatının daha da tənəzzül edəcəyini və deməli, qeyri-sabitliyin və Kremlin qəzəbinin artacağını göstərir ki, bu da Rusiya iqtisadiyyatının kiçik də olsa, donorlarından biri olan Azərbaycana da təsirini göstərəcək. 2014-cü ildə ölkələr arasında ticarət dövriyyəsi, Moskvanın xeyrinə əhəmiyyətli dərəcədə müsbət saldo ilə 4 mlrd. dollara çatıb. Rusiya iqtisadiyyatına digər daxilolmaları demirik. Neft böhranı şəraitində isə rəsmi Bakı üçün bu ticarət səviyyəsini qoruyub saxlamaq problemə çevrilir. Bu şəraitdə Azərbaycanın Rusiyaya meyl edib, ABŞ-ın himayəsindən uzaqlaşması mümkündürmü? Çətin. Dinc Minsk prosesindəki irəliləyişlərdən göründüyü kimi Ukrayna ətrafında gərginliyin azalması, habelə Rusiyanın,  o cümlədən İranın Suriya probleminin kulminasiya mərhələsində Amerika ilə koordinasiyası göstərir ki, Moskva üçün Vaşinqtonla düzgün münasibətlər prioritet təşkil edir və Kreml Azərbaycanda Ağ Evə müqavimət göstərməyəcək. Buna görə Əliyevin ətrafının Rusiya sahillərinə yanaşma təşəbbüsləri səmərəli deyil və "od ilə su arasında qalma” vəziyyətini dərinləşdirə bilər. Əlbəttə ki, o, regionda Rusiyanın maraqlarına hörmətini nümayiş etdirmək və tərəflərin istəklərini və imkanlarını qarşılaşdırmaq üçün nüvə təhlükəsizliyi sammiyindən əvvəl həmkarı Putinə baş çəkə bilər, amma bunu Qərbdən Şərqə doğru geosiyasi yön dəyişdirmək kimi deyil, sadəcə nəzakət addımı kimi qiymətləndirmək lazımdır.

 

Göründüyü kimi, ABŞ sanksiya təhlükəsi şəraitində Azərbaycan diplomatiyasının manevrlərini diqqətlə izləyir və Amerika konqresmenlərinin dekabr təşəbbüsündə əksini tapmış problemli məsələlərin həlli uzadıldığı təqdirdə klassik təsir vasitələrini işə salacaqlarına işarə edir. Yeni ildən dərhal sonra ABŞ Konqresində Qarabağla bağlı qapalı dinləmələr keçirilib. Müzakirələr zamanı münaqişənin həlli prosesinin sürətləndirilməsi çağırışı səslənib. Ermənistan tərəfin reaksiyası panikalı olub, rəsmi Bakı isə debatla bağlı şərh verməyib. Həmin vaxta təsadüf edən yeganə reaksiya Novruz Məmmədovun prezident Əliyevin sammitə dəvət edildiyini açıqlaması olub.

Amma yenə də Bakını islahatlara və insan hüquqları sahəsində problemlərin həllinə təşviq edəcək, habelə Azərbaycan-Amerika münasibətlərini müəyyən edəcək əsas amil Azərbaycanı əhatə edən maliyyə-iqtisadi böhran olaraq qalmaqdadır. Prezident Əliyev vəziyyəti şərh edərkən qeyd edib ki, böhran ABŞ-ın Rusiyaya qarşı düşünülmüş siyasətinin nəticəsidir. Bununla o etiraf edib ki, neft qiymətlərinin ucuzlaşmasından irəli gələn problemlərin həllinin açarı Moskvada deyil, Vaşinqtondadır.

Turan Analitika Xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

Planlaşdırılmamış səfər

Devid Kramer: “Vaşinqtonun mesajı olduqca aydındır – siyasi məhbus yoxdursa sanksiya da yoxdur”

Prezident İlham Əliyev Vaşinqtona nüvə sammitinə dəvət olunacaqmı?

Əli Həsənov: Amerika-Azərbaycan münasibətləri əvvəlki kimi deyil

Aİ və Azərbaycan: sabit qarşıdurma

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz