Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Zaur Əkbər: Devalvasiya gənclərdə dərin ümidsizlik yaradıb

 

Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər "Amerikanın Səsi”nə müsahibəsində Azərbaycanda manatın devalvasiyasının və bahalaşmanın gənc ailələrə təsirlərindən danışıb.

Sual: Manatın devalvasiyası və inflyasiyanın gənc ailələrin həyatına əsas təsirləri nədir?

Cavab: İşsizliyin yüksək olduğu dövrdə inflyasiya bu prosesi bir az da dərinləşdirdi. Əgər biz devalvasiyadan qabaqki vəziyyətə baxsaq, Azərbaycanda, xüsusilə regionlarda gənclər arasında işsizliyin səviyyəsi kifayət qədər yüksək idi. Son devalvasiya isə bu prosesi bir az da sürətləndirdi. Artıq bu proses dövlət müəssisələrində işləyən vətəndaşlarımıza sirayət etmiş oldu. Belə ki, bir çox dövlət müəssisələrində ixtisarlar başladı. 

Qiymətlərin bahalaşması xüsusilə gənclərin, gənc ailələrin həyatına böyük mənfi təsir etdi. Nəzərə alsaq ki, bu gün Azərbaycan gənclərinin əksər hissəsi imkansızlıq, işsizlik üzündən ailə həyatı qura bilmir, əminliklə demək olar ki, baş vermiş devalvasiya ölkədə, xüsusilə gənclər arasında iqtisadiyyata dərin bir ümidsizliyin, pessimizimin yaranmasına gətirib çıxarmış oldu.    

Sual: Hökumət gənc ailələrin müdafiəsi üçün yetərli tədbirlər görürmü?

Cavab: Son dövrlərə baxdıqda, hökumətin gənc ailələrlə bağlı atdığı addımlarda heç bir irəliləyiş hiss edildiyini demək olmaz. Əgər hökumət həqiqətən də səmimi görünmək istəyirsə, atdığı ilk addım gənc ailələrə faizsiz ipoteka kreditlərinin verilməsi olar. Məsələn, 2008-ci ildə İspaniyada belə bir dərin böhran baş verəndə hökumətin atdığı ilk addım bütün ailələrə, xüsusilə gənc ailələrə faizsiz uzunmüddətli ipoteka kreditlərinin verilməsi oldu. Bu da bir növ böhranın qarşısını almış oldu.     

Sual: Ölkədə gənclər araslında işsizliyin azaldılması üçün hansı işlər aparılır?

Cavab: Statistika Komitəsinin, hökumət nümayəndələrinin verdiyi məlumatlara inansaq, Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq, reallıqda isə rəqəmlər başqa cürdür. Bu gün Azərbaycanda işsizlik, demək olar ki, xüsusilə regionlarda daha geniş miqyasda yayılıb. Regionlarda son zamanlar baş verən etiraz aksiyaları bunun bariz nümunəsidir. İnsanlar işsizlikdən əziyyət çəkirlər. Hətta adi çörək belə qazana bilməyən insanlar var ki, onlar bu gün küçələrdə öz etiraz səsini qaldırır.

Sual: Gənclərin parlamentdə və hökumətin idarə edilmnəsində iştirakı əhalinin yaş tərkibi ilə uzlaşırmı? Azərbaycanda gənc nazir kimə deyərdiniz? 

Cavab: Azərbaycan hökumətinin gənclərlə bağlı siyasəti var. Hökumət nümayəndələri hər zaman gənclərə olan diqqət və qayğını ifadə edir. Reallıqda isə biz bununn tam əksini görürük. Mən deməzdim ki, bu gün parlamentdə və digər dövlət strukurlarında təmsil olunan gənclər, xüsusilə hakimiyyətin yüksək mövqelərində təmsil olunanların çoxu gənclərdir. Məsələn, gənclər naizri Azad Rəhimov, bu nazir özü gənc deyil. Onun haradasa təxminən 50-dən çox yaşı var. Gənclərə olan diqqət və qayğı bu kontekstdə götürülməlidir: gənclərə aid nazilikdə gənc adamlar, mütəxəssislər olmalıdır. Bu, onu deməyə əsas verir ki, ümumən toplum olaraq gənclərə qayğı göstərilmir. Bu balans hökumət, dövlət strukturlarında təmin olunmur.

Sual: Əvvəllər Azərbaycanda gənclərin forumu keçirilirdi, müxtəlif siyasi əqidəli, müxtəlif baxışlı gənclər toplaşırdı. Son dövrlər belə toplantılar olmur. Səbəbi nədir?

Cavab: Səbəb aydındır. Azərbaycan hakimiyyəti bütün konfrans zallarını, hətta otellərin zallarını azad, müxalif düşünən gənclərin üzünə bağlayıb. Biz bir neçə dəfə cəhd etmişik ki, bu cür tədbirlər, forumlar  keçirək. Amma, təəssüflər olsun ki, bizim müraciətimizə mənfi cavab verilib. Soruşanda ki, əsasınız nədir, deyiblər ki, sadəcə bizə tapşırıblar ki, bu təşkilatlara yer verməyin. 

.

www.contact.az

.

Maybe you are interested in:

SOCAR öz işçilərinin əməkhaqlarını artıra bilməyəcək

Devalvasiya

Mirvari Qəhrəmanlı: Dövlət Neft Şirkəti əlsiz-ayaqsız bir quruma çevrilib

HƏRBİ XİDMƏTƏ-YÜKSƏK ƏHVAL-RUHİYYƏDƏ

Xalid Ağəliyev: Media mühitinə sağalmaz yaralar vurulub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz