“Laçın Kürd Respublikası” – İngilis vikipediyasında
İngilis vikipediyasında "Lacın Kürd Respublikası” haqqında məqalə yerləşdirilərək Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb.

Lachin Kurdish Republic – Wikipedia, the free encyclopedia
Avrasiya.net həmin yazının tərcüməsini sizə təqdim edir:
Avrasiya.net-ə tanınmış kürd yazıçısı Əhmədi Həponun İtaliyada yaşayan Vəkil Mustafayevlə bağlı bizə bildirdiklərindən: "1937-ci ildə Ermənistandan 50 min, bir az da Naxçıvanın Ermənistanla sərhəd rayonlarından müsəlman kürdü Orta Asiya respublikalarına sürgün edildi. Bunun da əsas səbəbi "Böyük Ermənistan" yaratmaq ideyası idi. Ermənilər Stalini inandırmağa çalışırdılar ki, burada yaşayan müsəlman kürdlərinin Türkiyə ilə əlaqələri var. Əgər müharibə başlayarsa, onlar sovet hökuməti üçün təhlükəli olacaqlar. Buna görə də Kremldə Mikoyan və digər ermənilərin əli ilə azərbaycanlıları sürgün etdilər. Vəkil Mustafayevin də ailəsini Naxçıvandan Qırğızıstana sürgün etdilər. 1947-ci ildə Stalin yenidən fərman verdi ki, sürgün olunanlar vətənlərinə qayıda bilərlər. Həmin vaxt Vəkil Mustafayev qaldı Qırğızıstanda. Vəkil Mustafayev Qırğızıstanda böyüdü, təhsil aldı və Daxili İşlər Nazirliyində vəzifə tutdu. Bu elə bir məqama təsadüf etdi ki, onu orada tutmaq istəyirdilər. 1980-ci ildə qaçdı Naxçıvana. Naxçıvanda yaşayan kürdlər onun müdafiəsinə qalxdılar. Ermənistana, Azərbaycana, Moskvaya yazdılar ki, bəs o, yaxşı kadrdır, ona böhtan atıblar. Hələ Qarabağ məsələsi başlanmazdan öncə Vəkil Mustafayev Əli Bayramlı rayonunda polis rəisinin müavini idi. Dağlıq Qarabağ məsələsi ortaya çıxandan sonra bu şəxs bir neçə dəfə bizə gəlib-getdi. Mən də onların ailəsində olmuşam. Onu da qeyd edim ki, onun həyat yoldaşı əslən rusdur. 1992-ci ildə Laçın işğal edildikdən sonra mənə xəbər verdilər ki, Vəkil Mustafayev Ermənistana gedib. Düzü, inanmadım. Qarabağ yolunun bağlı, azərbaycanlıların köçürüldüyü, şəhidlər verdiyimiz, yaralılarımız, əsgərlərimizin meyitləri gəldiyi bir vaxtda Vəkilin Ermənistanda necə peyda olması çox müəmmalı idi. Sonra eşitdik ki, o, Ermənistan televiziyasında çıxış edib deyib ki, Kəlbəcər, Zəngilan, Laçın, Qubadlı tarixən kürdlərin torpağı olub və burada "Qırmızı Kürdüstan" dövləti yaradılıb, paytaxtı da Laçındır və sair.
Sual olunur: ermənilər kürdləri sevirdisə, niyə 1937-ci ildə 50 min müsəlman kürdünün başına müsibətlər açdılar? Qarabağ məsələsi ortaya atılandan sonra müsəlman kürdlərini ev-ev gəzib zorla niyə çıxardılar. Əgər Ermənistan kürdlərə muxtariyyət verirdisə, niyə bizi qovurdu. Özü də elə-belə yox. Laçın "Qırmızı Kürdüstan"ın paytaxtı idisə, niyə ermənilər rayonun 65 min əhalisini didərgin saldı. Maraqlıdır ki, biz bunu deyəndə Vəkil kimilər niyə narahat olurlar. Vəkil Mustafayev Ermənistanda Sevan gölü qırağında erməni konyakı içib erməni qızları ilə kef çəkəndə biz burada dövlət və dövlətçiliyimizə xidmət edirdik. Qaçqın düşən soydaşlarımıza müxtəlif vasitələrlə köməkliklər göstərirdik. Onu da deyim ki, televiziyaya Vəkil Mustafayevdən başqa 2 yezidi kürd və bir neçə erməni də çıxarılmışdı. Ermənilərin də başında kürd çalmaları var idi”.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Planlaşdırılmamış səfər
Böyük Britaniya səfiri XİN-ə çağırılıb
Arizona ştatı Xocalı soyqırımını tanıyıb
Şərh əlavə edin