Aureliya Buşe: “Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımır. Bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe "Ayastan” Ümumerməni Fondunun Qarabağ separatçılarına dəstək telemarafonu təşkil etməsini jurnalistlərə şərh edərkən deyib. Telemarafon Paris meri Ann İdalqonun hamiliyi ilə keçiriləcək.
Səfir qeyd edib ki, sözügedən tədbirin Paris meri tərəfindən dəstəklənməsi barədə bilgisi yoxdur. Lakin onun sözlərinə görə, rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və separatçı rejimi tanımır.
.
Maybe you are interested in:
ABŞ səfirliyi Corciya ştatının qərarı haqqında
Bakı və Paris hökumətlərarası iclasa hazırlaşır
Böyük Britaniya səfiri XİN-ə çağırılıb