Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Nyu-York tayms” rəsmi Bakını tənqid edib

 

Yanvarın 12-də "New York Times” qəzetində "Azərbaycan prezidenti İlham Əliyevin iki üzü” başlıqlı redaksiya məqaləsi çap olunub.

Qəzetin redaksiya məqaləsində prezident İlham Əliyevin xarakterini və onun apardığı siyasəti təsvir olunub.

Yazıda Prezident İlham Əliyevin ustalıqla doktor Cekil (Jekyll) və Hayd (Hyde) obrazlarını oynadığı qeyd olunur.

Robert Luis Stivinsonun 1886-cı ildə qələmə aldığı əsər geniş auditoriyalı bir sərgiyə çıxarılır. Bu, Britaniya kitabxanasının ABŞ kitabxanasından kirayəyə götürdüyü iki əlyazmadan biridir. (Robert Luis Stevenson-un "Doktor Cekil və cənab Hayd” povestinin, öz üzərində eksperiment aparmaq üçün dərman içərək tam əks, mənfi xarakterə çevrilən qəhrəmanı - red.).

Belə ki, qəzet WikiLeaks in İlham Əliyev barədə yazılanları xatırladıb.

"Amerika səfirinin Bakıdan göndərdiyi, WikiLeaks-də yayılan teleqramda Əliyev Michael Corleone-

Sonny Corleone kimi təsvir olunur. O, "Xaç atası” mafiya ailəsində soyuqqanlı, hər şeyi ölçüb biçən, eyni zamanda zorakı qardaşlardan böyüyüdür. Cənab Əliyev Qərbin sevdiyi bir çox məsələlərdə "qərbyönlü”dür:

O, nəzakətlidir, geyiminə fikir verir, ingiliscə yaxşı danışır; ölkəsinin zəngin neft və qazını Avropa və İsrailə göndərməyə hazırdır; ölkədəki İslam mötədil və müasirdir; dəbdəbəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi keçirib, iyunda Avropa Oyunları olacaq.

Amma o, həm də böyük korrupsionerdir və avtoritar rejimi dünyada inan haqlarının ən pis pozulduğu ölkələr sırasındadır.

Məqalədə Müstəqil media və qeyri-hökumət təşkilatlarına təzyiqlər davam etməsi qeyd edilib. Polis ABŞ-ın maliyyələşdirdiyi AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb, kompüter və sənədləri götürərək ofisi möhürləyib. AzadlıqRadiosunun onlarla əməkdaşı saxlanaraq dindirilib”.

"New York Times” tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın cənab Əliyevin ailə biznesini aşkarladığı üçün həbsə atıldığını yazır. Məqalədə insan haqları müdafiəçiləri Leyla Yunus və Arif Yunusun da həbs olunduğunu da xatırladıb.

"Cənab Əliyev əlbəttəki məharətli siyasəti və zəngin təbii sərvətlərə nəzarətilə Amerika və Avropa siyasətçilərini qarşısına alan tək diktator deyil. WikiLeaks bu qarşıdurmanı "ABŞ maraqları ilə ABŞ dəyərləri arasında seçim” adlandırır.

Onun atası Heydər Əliyev 1969-cu ildən 2003-cü ilədək Azərbaycanı dəmir əllə idarə edib. Oğlu isə Azərbaycanın neft sərvətinə söykənərək 3 sual doğuran seçkidən keçərək atasının şəxsiyyətə pərəstiş erasını möhkəmləndirib”.

"Əliyev Qərbi istifadə edərək hesab edir ki, Qərbdən maliyyələşən təşkilatlar Radiazadlıq kimi onun əleyhinə işləyir.

Avtoritar tərəfdaşı Vladimir Putin kimi o da, Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsindən tutmuş ərəb inqilablarınadək hər yerdə düşmən Amerikanın əlini görür. Buna görə də o, müxalifəti elə buton(tumurcuq) ikən boğmağı qarşısına məqsəd qoyub. Dekabrın 4-də cənab Əliyevin sağ əli Ramiz Mehdiyev 60 səhifəlik manifestində inqilab hazırlayan qeyri-hökumət təşkilatlarının "beşinci kolonu”ndan şikayətlənib, İsmayılovanın "xarici casuslar”dan informasiya aldığını iddia edib.

Qərb anlamalıdır ki, avtoritar Əliyev əsl Əliyevdir. O, rəqiblərini və digər azadlıq nişanələrini əzmə kampaniyasını sürətləndirdiyi bir vaxtda, Birləşmiş Ştatlar və Avropa indikindən daha aydın dildə danışmalıdır.

Deməlidir ki, onunla iş görə bilərlər, ancaq onun özü və ölkəsinə vurduğu ziyan məsələlərində aldana bilməzlər”.

Məqalənin orijinalını aşağıdakı səhifədə oxumaq olar:

http://www.nytimes.com/2015/01/12/opinion/the-two-faces-of-azerbaijans-mr-aliyev.html?_r=0

.

contact.az

.

Maybe you are interested in:

Nalbandyan: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrda keçiriləcək

Milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib

MİLLİ QURTULUŞDAN BAŞLANAN YÜKSƏLİŞ

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

ABŞ səfirliyi “Azərbaycan” qəzetinə cavab verib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz