Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bu qədər yalan olmaz...

 

Eynulla Fətullayev oxucunu "E.Rəsulovun Kürdəxanı İstintaq Təcridxanasının qadınlar saxlanılan hissəsində məhbus Lamiyə Quliyevaya öz toxumunu göndərdiyinə” inandırmağa çalışır (haqqin.az saytında 13 fevral 2015-ci il tarixli "Lamiyə Quliyevanın atasının adı (həqiqət anı!)” adlı məqalədə).

Həmin centlmen iddia edir ki, bunun sayəsində süni mayalanma və qadın cəzaçəkmə müəssisəsində möcüzəvi uşaq doğumu baş verib.

Amma bu zaman Eynulla bəy dəmir barmaqlıqlar və ayıq həbsxana nəzarətçiləri arasından spermanın Lamiyə Quliyevanın saxlanıldığı kameraya daşınması prosesi haqqında heç nə demir.

Tutaq ki, Lamiyə öz sevgilisi ilə birlikdə nəzarətçiləri birtəhər ələ alıb. Amma bu belə bu qədər spesifik bioloji materialın mürəkkəb və ehtiyatlı daşınması prosesi üçün kifayət etmir. Axı, mütəxəssislərin iddiasına görə, sperma tez məhv olur.

Buna görə onun daşınması üçün kriokonservasiyadan istifadə edirlər, yəni spermanı əvvəlcə maye azotda dondururlar, daha sonra xüsusi temperatur rejimi olan xüsusi konteynerə yerləşdirirlər və s.

Həbsxana şəraitində süni mayalanma prosesi bundan da çətindir.

Buna görə belə bir sual yaranır: həbsdə olan məhbusun istintaq təcridxanasında sperma nəql etmək üçün azotu və xüsusi konteyneri hardandı?

Odur ki, Eynulla bəy, bu yalanlarınızı özünüzə saxlayın və oxucuları aldatmağa çalışmayın.

.

contact.az

.

Maybe you are interested in:

İran radiosu Azərbaycan həbsxanalarında dindarlara qarşı işgəncələr haqqında

Alyans iqtidarı vətəndaş cəmiyyətinə qarşı qisasçılıqda ittiham edir

Leyla Yunus mülki həkimlərin tibbi müayinəsindən imtina etdi

Ukraynada azərbaycanlı ilə yerlilər arasındakı qarşıdurmanın təfərrüatları məlum olub

“Tarixi saziş”, yoxsa “tarixi səhv”?..

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz