Federal lәzgi
milli-mәdәni muxtariyyәti

"Zərərçəkən" Cəmil Həsənlinin qızı ilə bağlı təxribatı ifşa etdi

 

"Polis dedi ki, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan" 

«Üç gündür mən çörək yemirəm ki, axı bu qızı niyə bədbəxt edirlər heç nəyin üstündə...»

"Polis Idarəsində mənə dedilər şikayətçi olacaqsan. Mən də dedim ki, heç bir yerim əzilməyib. Şükür Allaha, ayağımla çıxmışam bura, ayağımla düşmüşəm. Polis dedi, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan”, - bunu Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində bugünlərdə çıxarılmış məhkəmə hökmü üzrə zərərçəkmiş qismində tanınan 87 yaşlı Ədilə Səlimova "Meydan TV”yə müsahibəsində deyib.

87 yaşlı qadın Günel Həsənlidən şikayətçi olmadığını, amma həm polis şöbəsində, həm də ekspertiza zamanı onu şikayətçi olmağa məcbur etdiklərini deyir.

Ədilə Səlimova hadisə baş verən gün məscidə, ona kömək edəcəyinə söz verən şəxsin yanına gedibmiş: "Beşinci gün idi, getdim, elə bil təzyiq məni tutdu. Yolda da təzyiqim tuturdu, istədim qayıdam, daha qayıtmadım. Təzyiqim qalxdı, yerə yıxıldım. O da (Günel Həsənlini nəzərdə tutur) yolu keçəndə bir balaca toxundu mənə. Deyim sənə ki, vurdu öldürdü, yox, olsaydı ölərdim də... Yenə də mənə köməklik elədi. Maşına qoydu, apardı, məni rentgenə saldılar. Heç yerdə nə əzintim var, nə çıxığım...”

Hadisə günü həkim Ədilə Səlimovanın ayaqlarını iki dəfə rentgen edib və heç bir sınıq, əzinti aşkar olunmadığını bildirib. Amma hadisədən 12 gün sonra, 2 oktyabrda ekspertiza keçirilib. Ekspertizanın rəyində yazılır: Sol diz və aşıq baldır oynaqların hərəkət məhdudluğu ilə müşaiyət olunan sol diz oynağı, sol baldır və sol ayaq pəncəsi nahiyələrinin hematomaları bərk küt əşyaların təsirindən törənib və bu, avtomobilin qabarıq hissələri ilə vurulma nəticəsində əmələ gələ bilər.

"Ekspertizaya getdim, dedilər nə olub? Hadisəni danışdım, dedi ki, ”yalan danışma, gizlədirsən, biz səndən şikayət edərik". Dedim, bax, burada nə var oğlum, məndən şikayət edirsən?! Mən ölməmişəm, yaralanmamışam, bir belə qan tökülməyib məndən, niyə şikayət edə bilərsiniz məndən?! Mən əzilsəydim, bir yerim sınsaydı, bir balaca qan olardı də...", - deyə Ədilə Səlimova bildirir.

Ədilə xanım Yasamal rayon Məhkəməsinin hökmünü eşidəndən sonra gecələr yata bilmədiyini deyir. O, məhkəmənin Günel Həsənliyə 1 il 6 ay məntəqə tipli cəza verəcəyini gözləmirmiş: "O balamın goru üçün xəstə olmuşam. Üç gündür mən çörək yemirəm ki, axı bu qızı (Günel Həsənlini nəzərdə tutur) niyə bədbəxt edirlər heç nəyin üstündə. Sağ-salamat arvadam. Cavanlara heç nə olmasın, mənə nə olur, olsun. Mən ona görə (Günel Həsənlini nəzərdə tutur) pis oldum, eşitdim halım pisləşdi”.

87 yaşlı qadın məhkəmənin hökmünü baş verən hadisəyə uyğun saymır. O, Günel Həsənlidən heç vaxt şikayətçi olmadığını deyir: "Axı nəyə görə mən xalqın uşağına böhtan atım? Yaxşı deyil axı mənim üçün... Vaxt gələcək bir qarış yerə qoyulacam, qəbiristanlığa gedəcəyəm. Mən necə cavab verərəm qızım?..”.

.

contact.az

.

Maybe you are interested in:

“Meydan” TV-nin redaktorunun qardaşları saxlanılıb

AXCP rəhbərinin müşaviri Məmməd İbrahimi polis saxlayıb

Cəmil Həsənlinin qızına 1 il 6 ay cəza təyin etdilər

Dindardan Sumqayıt polisinə qarşı yeni şikayət

Milli Şuranın 12 oktyabr mitinq haqqında

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz