Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 10-cu ildönümü ilə əlaqədar aksiyanın Qətnaməsi

 

"Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun – Azərbaycan cəmiyyətinin və hakimiyyətinin nöqsanlarının barışmaz tənqidçisinin qətlindən 10 il ötür. O, 2005-ci il martın 2-də evinin kandarında güllələnərək qətlə yetirilib, amma indiyədək cinayətin təşkilatçıları və icraçıları məsuliyyətə cəlb edilməyib və layiqli cəzanı çəkməyib.

Elmar Hüseynovun qətli Azərbaycanda söz azadlığının boğulması siyasətinin növbəti səhifəsini açıb, bu, növbəti qətllə - publisist Rafiq Tağının qətli ilə, hakimiyyətin ölkə həyatnın müxtəlif sahələrindəki siyasətinə qarşı tənqidi əhval-ruhiyyədə olan jurnalistlərin, blogerlərin amansız döyülməsi, həbsləri ilə səciyyələnib.

Müstəqil KİV-in iqrisadi əsasları tamamilə sarsıdılıb, mətbuatın rejim tərəfindən qeyri-leqal maliyyələşməsi isə görünməmiş miqyas alıb və medianın idarə edilməsində daha bir vasitəyə çevrilib.

Azərbaycan KİV-lərində obyektivlik, tarazlılıq, plüralizm, həqiqətə xidmət etmə kimi prinsiplər, demək olar ki, unudulub. Bu vəziyyət KİV tərəfindən yanlış yönləndirilən cəmiyyətə və ictimai münasibətlərə ciddi zərbə vurur ki, bu da yanlış qərarların qəbul edilməsinə və həqiqətin qeyri-adekvat dərk edilməsinə gətirib çıxarır. Bu isə öz növbəsində bu informasiya siyasəti nəticəsində iqtisadi, siyasi, əxlaqi böhran zolağına qədəm qoymuş cəmiyyətin həyatının bütün sahələrində əksini tapır. Bu böhrandan çıxış yolu ilk növbədə sağlam demokratik dövlətin təməl daşı olan söz azadlığının tamamilə bərpa edilməsi ola bilər.

Bununla əlaqədar olaraq Azərbaycan hakimiyyətini aşağıdakılara çağırırıq:

1. Elmar Hüseynovun, Rafiq Tağının qətlinin təşkilatçıları və icraçıları məsuliyyətə və cəzaya cəlb edilsin.

2. KİV-in boğulması siyasətinə son qoyulsun.

3. Bütün jurnalistlər və blogerlər həbsdən azad edilsin.

4. Jurnalistlərə qarşı cinayət işlərinə son qoyulsun.

5. Diffamasiya haqqında qanun qəbul edilsin.

6. Şəffaflıq, ədalətli rəqabət əsasında azad iqtisadi inkişaf üçün şərait yaradılsın.

7. KİV-in reklam bazarının həcmi beynəlxalq standartlara – ÜDM-in 1%-nə çatdırılsın, burada ən az 50% çap və onlayn medianın payına düşməlidir.

8. Qəzet köşklərinin sayı beynəlxalq standartlara  - 1,5 min nəfərə 1 köşkə çatdırılsın, həmçinin, ticarət obyektlərində, yanacaqdoldurma məntəqələrində və şəhərin küçələrində qəzetlərin maneəsiz satışı təmin edilsin.

9. Onlayn medianın keyfiyyətinin və əlçatanlığının artırılması məqsədilə internetin beynəlxalq standartlara uyğun həm keyfiyyət, həm də qiymət səviyyəsi təmin edilsin.

10. Azərbaycanda söz və KİV azadlığının təmin edilməsi üzrə dövlət proqramı qəbul edilsin.

 

Bakı, 02.03.2015

.

contact.az

.

Maybe you are interested in:

BMT işgəncə faktlarına görə Azərbaycanı tənqid edib və onları araşdırmağa çağırıb

AİHM E.Hüseynovun qətli işi üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb

Resolution of the action on the occasion of the 10th anniversary of the assassination of Elmar Huseynov, the chief editor of the magazine Monitor

Ölkə siyasətçiləri Boris Nemtsovun qətli haqda

AŞPA sessiyasında Azərbaycanda mətbuata qarşı təqiblərə dair qətnamə müzakirə olunacaq

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz