Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bakıda Züqanovçular canlanıblar və qurultay keçiriblər

 

Martın 1-də Bakıda Azərbaycan Kommunist Partiyasının (5-ci çağırış) 38-ci qurultayı keçirilib.

Qurultayda RF Kommunist Partiyasının lideri Gennadi Züqanovun siyasi və ideoloji baxışlarını bölüşən partiyanın 26 rayon təşkilatı təmsil olunub.

Qurultayın yekunlarına həsr olunmuş press-relizdə deyilir ki, MK və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzələri dinlənilib, seçkilər keçirilib.

31 nəfər üzvü olan AKP MK-nın sədri vəzifəsinə Gülnisə Məhsimova, Nəzarət-Təftiş Komissiyasının sədri isə Ədalət Yaqubov seçilib.

Qurultayda Azərbaycanda ağır sosial-iqtisadi vəziyyət, kommunistlər üçün kapitalist cəmiyyətin problemləri şəraitində sosial ədaləti, vətəndaşların sosial-iqtisadi hüquqlarını hərtərəfli müdafiə etməyin zərurəti haqqında danışılıb. Həmçinin çoxqütblü dünya uğrunda, imperialist diktata qarşı və Azərbaycanın tarixi tərəfdaşları və müttəfiqləri, ilk növbədə Rusiya ilə yaxınlaşması uğrunda mübarizə zərurəti vurğulanıb.

Bununla əlaqədar olaraq Azərbaycan prezidenti İlham Əliyevin Rusiya ilə yaxınlaşmaya və hərtərəfli əməkdaşlığa yönəlmiş xarici siyasət kursuna dəstək ifadə olunub.

Qurultayları – Züqanovçuların qurultayı həmçinin təşkilati məsələni həll edib. Partiyanın keçmiş sədri Rauf Qurbanov və onun tərəfdarlarından ibarət qrup bölücü və fraksiyaçı fəaliyyəti ilə əlaqədar AKP-dən çıxarılıb. Qeyd edilib ki, Qurbanov və onun tərəfdarları bir neçə il ərzində Azərbaycan kütləfi informasiya vasitələrini, həmçinin RF Kommunist Partiyasının rəhbərliyini öz fəaliyyəti və sayı ilə bağlı yanıldaraq, özünü "Azərbaycan Kommunist Partiyası” adlandırıb.

Qurultayın işində qonaq qismində Azərbaycan Tərəqqi-Sosialist Partiyasının və "Azərbaycan solçu sosialistləri” müstəqil ekspert qrupunun rəhbərləri – Rüstəm Şahsuvarov və Firudin Qasımov iştirak ediblər. 

.

contact.az

.

Maybe you are interested in:

Rusiya Böyük Mason Lojasının Ali ustadı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb

2015-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI, YENİ VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ

Əli Həsənov: “Prezident İlham Əliyev istəyir ki, dövlət siyasətinin formalaşmasında hamı iştirak etsin”

Müxalifət 2015-ci parlament seçkiləri ilində funksional əməkdaşlıqla bağlı məsləhətləşmələrə başlayıb

Əli Həsənovun siyasi partiyalarla görüşünün yekunları barədə

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz