Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İsmayıllı polisində jurnalistdən tələb olunub ki, hakimiyyətin tənqidinə son qoysun

 

Ötən gün İsmayıllıda saxlanılan jurnalist Elçin İsmayıllı bu gün məhkəmə zalından buraxılıb. Ona xəbərdarlıq edilib.

O, Turan-ın müxbirilə söhbətində bildirib ki, dünən axşam evə gedərkən saxlanılıb. Onu üç polis işçisi saxlayıb və bildirib ki, o, ünvansız söyüş söyüb.

Bu gün zalda polislər qarışıq və ziddiyyətli ifadələr veriblər. Onlar bildiriblər ki, Elçin sərxoş olub və polisdə qapını sındırmağa cəhd göstərib.

"Bu, cəfəngiyyatdır, çünki yalın əllə dəmir qapını sındırmaq mümkün deyil, hətta cəhd göstərsən belə əlində və ya bədənində hər hansı fiziki xəsarət olmalıdır”, - jurnalist bildirib.

Sonda hakim Azad Quliyev jurnalistə xəbərdarlıq edilməsilə kifayətlənib.

Jurnalistin sözlərinə görə, əslində onu peşə fəaliyyətilə əlaqədar saxlayıblar. Polisdə ondan tələb olunub ki, İsmayıllı rayonu haqqında tənqidi məqalələrə son qoysun, cünki bu, "dövlətçiliyin əleyhinədir”.

Əsasən İnternetdə yayımlanan "Azərbaycan saatı” teleproqramında materiallar narahatlıq doğurub. Jurnalistdən tələb olunub ki, proqramın rəhbəri Qənimət Zahidovla (siyasi mühacirətdədir) əlaqəni kəssin və Eynulla Fətullayevdən nümunə götürsün.

Həmçinin jurnalist cumhuriyyet.az saytında "İsmayıllıda monitorinqin nəticələri” məqaləsinin dərcində ittiham edilib. Məqalədə əhalinin yoxsul vəziyyətindən, insanların mağazalardan lazımi şeyləri ala bilməməsindən danışılır. Bu səbəbdən bütün mağazalarda vətəndaşlar ərzağı borca alırlar.

Polislər tələb ediblər ki, o, Avropa Oyunlarına qədər sussun və "Azadlıq” qəzetində məqalələr dərc etdirməsin.

.

contact.az

.

Maybe you are interested in:

Elçin Qasımova 30 sutka həbs cəzası verilib

Xədicə İsmayılova KİV-də məqaləsinin dərcinə görə karserə salınıb

X.İsmayılovaya dəstək plakatları yapışdıran fəallar həbs edilib

Xədicə İsmayılovaya xəbərdarlıq edilib

X.İsmayılova: “MTN böhtan atır”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz