Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Gürcüstanın baş naziri Azərbaycanda matç zamanı baş verənləri təxribat adlandırıb

 

Tbilisi/10.07.15/Turan BSPRESS: Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün Qəbələdə futbol matçı zamanı Gürcüstanın "Dinamo” və Azərbaycanın "Qəbələ” komandaları arasında baş vermiş insidenti təxribat adlandırıb.

KİV-in məlumatına görə, Avropa Liqası təsnifat mərhələsinin cavab matçında azərbaycanlı azarkeşlər Gürcüstana ərazi iddialarına dair, əsasən "Borçalı qədim Azərbaycan torpağıdır” sözləri yazılmış bannerlər qaldırıblar. Sonra isə Gürcüstanın bayrağını yandırıblar.

İyulun 2-də isə oxşar insident Tblisidə sözügedən klubların matçında baş verib. Bir qrup azarkeş "Biz Zaqatalanı, Qaxı xatırlayırıq, 1921” sözləri yazılmış plakat qaldırıblar. Matçdan sonra Azərbaycanın bayrağını tapdalayıblar.

"Bu cür təxribatlar azarkeşlərə xasdır və təxribat qrupları bütün ölkələrdə var. Yəqin, xatırlayırsınız, göndərilən təxribat qrupları bizim adımızdan necə danışırdılar, indi də eyni hadisələr Azərbaycanın adından təkrarlanıb”, - İ.Qaribaşvili jurnalistlərə bildirib.

Gürcüstan hökumətinin rəhbəri qeyd edib ki, bu cür təxribatlar "Azərbaycanla dost münasubətlərə heç cür təsir göstərməyəcək” və adamlar buna fikir verməməlidirlər.

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan Gürcüstana ildə 500 milyon kubmetr əlavə qaz verəcək

Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə növbəti görüşdən qayıdıb

Tbilisi Rusiyadan qaz alınmasını bərpa etməklə nəyə nail olmaq istəyir?

Əfqanıstanın neft naziri Bakıda səfərdədir

Etiraz aksiyası ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədi bağlanıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz