Bir sıra xarici KİV parlament seçkiləri ərəfəsində akrreditasiya almayıblar
Bir sıra məşhur beynəlxalq KİV Azərbaycanda 1 noyabr parlament seçkiləri ərəfəsində işləmək üçün akrreditasiya verilməsindən imtina cavabı alıblar.
Məlumatlı mənbələrdən Turan-a daxil olan məlumata görə, imtina cavabı alanlar arasında dünyanın aparıcı KİV və agentlikləri var. Azərbaycan XİN bu məsələ ilə bağlı aydın izahat vermir, deyə məlumat bildirib. Həm də bəzilərinə əvvəlcədən rəsmi şəxslərlə sırf iqtisadi mövzularda müsahibələr razılaşdırılmasına baxmayaraq imtina edilib.
Bu arada, XİN-in mətbuat xidməti seçkiqabağı dövrdə jurnalistlərin normal işi üçün hər cür şərait yaradıldığını iddia edir.
.
Maybe you are interested in:
Mujnieks Azərbaycanda demokratik perspektivlər görmür
Aİ və Azərbaycan: sabit qarşıdurma
Leyla Yunus mülki həkimlərin tibbi müayinəsindən imtina etdi