Mərkəzi Bankın bəyanatlarına baxmayaraq, dollar bahalaşır
Azərbaycan Milli Bankının (AMB) valyuta mübadiləsinə dair qəbul etdiyi qaydalara dəyişikliklər bu gündən qüvvəyə minib. Bundan sonra 500 dollardan çox valyutanın alışı və ya satışı zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək lazım gələcək.
Nəzərdə tutulur ki, bi gün ərzində mübadilə məntəqələri yalnız satış və alış üzrə əməliyyatlar keçirə bilməzlər (məntəqədə xarici valyuta və ya manatla vəsaitin bitdiyi hallar istisna olmaqla).
Mübadilə məzənnələrinə gəlincə, banklar onları özləri müstəqil müəyyən edə bilərlər.
"Banklar məzənnəni əməliyyat günü ərzində dəyişə bilər. Əgər AMB satış və alış məzənnəsi arasında fərq həddi müəyyən edirsə banklar valyuta mübadiləsi zamanı bu fərqə əməl etməlidirlər”, - AMB-nin qaydalarında bildirilir.
Lakin AMB manatın dollara nisbətdə rəsmi məzənnəsini dəyişməsə də yanvarın 7-də ($1 = 1,5626) valyutadəyişmə məntəqələri dolları 1,62 manata alır, 1,72 manata satırlar.
Qeyd edək ki, yeni il günlərində də dollar həmin məzənnə ilə satılıb.
Bayramlardan sonra dolları 1,66 və ya 1,65 manata almaq olar.
Lakin yanvarın 6-dan bazarda yenidən valyuta qıtlığı yaranıb ki, bu da hazırda davam edir.
Görünür, neftin qiymətinin növbəti dəfə enməsi barədə məlumat manata təsir göstərir və banklar valyutanı saxlamaq qərarına gəliblər.
Avronun rəsmi məzənnəsi 1,6913 manat müəyyən edilib, lakin valyutadəyişmə məntəqələrinin işçiləri 1,82 manatdan aşağı satmırlar.
.
Maybe you are interested in:
“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə...”
Azərbaycan Beynəlxalq Bankı devalvasiyanın ilk qurbanı oldu
Azərbaycan hökuməti AHİM-in qərarını yerinə yetirmir