Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xınalıqda qar örtüyünün hündürlüyü 40 sm. olub

 

Noyabrın 2-də axşamdan başlayaraq Azərbaycanda havanın kəskin dəyişməsi ilə əlaqədar ən çox qar Qubanın Xınalıq kəndi ərazisinə yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına  görə,  güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Yağıntının miqdarı ən çox Lənkəran-Astara zonasında 32 (aylıq normanın 78 faizi), Mərkəzi Aran rayonlarında 36 (aylıq normanın 125 faizi), Böyük Qafqazda 28 (aylıq normanın 43 faizi), Kiçik Qafqazda 18, Qazax-Gəncə zonasında 13, (aylıq normanın 87 faizi), Naxçıvan MR-da 13 (aylıq normanın 82 faizi), Bakıda və Abşeron yarımadasında 27 mm-dək (aylıq normanın 99 faizi) təşkil edib.

Noyabrın 2-də minimal temperatur Bakı və Abşeron yarımadasında 4-8, aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 4 dərəcəyədək isti təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm. olub.

Yerli camaatın Turan- a verdiyi məlumata görə, Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

Abşeron yarımadasında və bir sıra rayonlarda güclü şimal-qərb küləyi əsib.

Belə ki,  dünəndən başlayan gücül yağışlar bir sıra fəsadlara yol açıb.

Yağış nəticəsində Bakıda körpülər su ilə dolub, yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.

Öz növbəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən isə bildirilib ki,  isə Heydər Əliyev prospektindən şəhər istiqamətinə, Bakı-Sumqayıt şosesindən şəhər istiqamətində, Yusif Səfərov küçəsi ilə hər iki istiqamətdə, Həsənoğlu küçəsindən şəhər istiqamətində, Atatürk prospektindən Ziya Bünyadov prospekti istiqamətində, Binəqədi şosesindən şəhər istiqamətində, Əlyar Əliyev küçəsindən Nərimanov küçəsi və Ziya Bünyadov prospekti istiqamətində tıxac yaranıb.

.

contact.az

.

Maybe you are interested in:

Maliyyə problemləri ilə əlaqədar Bakı dünya çempionatından imtina edib

USAID: Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının sabitliyi pisləşib

ÖZÜMÜZ HAQQINDA HƏR ŞEY

İlahiyyatçı Elşən Mustafaoğlu həbs edilib

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Zaqatalaya səfər edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz