Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan 5 nəfərdən ibarət ailəni Ermənistana təhvil verib

 

Dörd il əvvəl Ermənistandan Azərbaycana qaçmış beş nəfərdən ibarət (3 uşaq) Gevorkyanovlar ailəsi Ermənistana qaytarılıb. Bu barədə Ermənistan KİV-ləri XİN-in mətbuat katibi Tiqran Balayana istinadla məlumat yayıb.

Təhvil vermə prosesi iki ölkə sərhədində Qırmızı Xaç Komitəsi nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Gevorkyan ailəsi 2010-cu ildə Naxçıvan yaxınlığında öz avtomobilləri ilə sözün əsl mənasında özlərini Azərbaycana atıblar. Ailə başçısı Ermənistanda təqib edildiyini bildirib ki və üçüncü ölkəyə göndərilməyi xahiş edib. Öz növbəsində, Ermənistan tərəfi iddia edib ki, o, cinayət törədib və məhkəmədən gizlənməyə çalışır.

Bütün bu illər ərzində Gevorkyan müxtəlif beynəlxalq təşkilatlara üçüncü ölkəyə göndərilmək xahişi ilə müraciət edib, lakin bu, baş verməyib. 

.

contact.az

.

Maybe you are interested in:

Moskva etiraf edib ki, Əliyev-Sarkisyan görüşü nəticə verməyib

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Bordyuja Azərbaycana Rusiya silahlarının satışı haqqında

Azərbaycan “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edirmiş

Serj Sarkisyan ümid edir ki, müharibə olarsa Rusiya Ermənistana yardım edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz