Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Fransa XİN Xədicə İsmayılovanın həbsindən narahatdır

 

Fransa XİN Fransa dekabrın 5-də Bakıda araşdırmaçı jurnalist Xədicə İsmayılovanın intihara sövq ittihamı ilə həbsindən narahatlığını bildirib.

Fransa XİN-in Turan agentliyinə göndərilmiş bəyanatında xatırladılır ki, Fransa prezidenti Fransua Olland bu ilin may ayında Bakıya səfəri zamanı İsmayılova ilə görüşüb.

Fransa Azərbaycanın hökumət orqanlarını ATƏT və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə riayət etməyə, o cümlədən mətbuat azadlığına, ədliyyə sisteminin müstəqilliyinə, müdafiə hüquqlarına və təqsirsizlik prezumpsiyasına riayəti təmin etməyə çağırır.

Fransa XİN bəyan edir ki, İsmayılovanın işi üzrə vəziyyəti diqqətlə izləyəcək.

.

contact.az

.

Maybe you are interested in:

Fransa bütün siyasi məhbusların azad edilməsinə çağırır

AİHM Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

Aureliya Buşe: “Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Bakı və Paris hökumətlərarası iclasa hazırlaşır

Aprelin sonlarında Fransa prezidenti Ermənistan və Azərbaycana səfər edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz