Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Viktoriya Nuland vətəndaş cəmiyyəti nümayəndələri ilə söhbət edib

 

Çərşənbə axşamı Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Jurnalistlər İttifaqının rəhbəri və "Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı, NİDA gənclər hərəkatının sədri Turqut Qəmbər və Marşal Fondunun nümayəndəsi Mehriban Rəhimli iştirak edib.

Elçin Şıxlının Turan-a verdiyi məlumata görə, söhbət zamanı vətəndaş cəmiyyətinin problemləri, mövcud məhdudiyyətlər və qanunvericiliyin sərtləşdirilməsi məsələlərinə toxunulub. Fəalların təqibi və həbsi faktları, QHT-lərin və KİV-lərin normal fəaliyyətinin qeyri-mümkün olduğu qeyd edilib. Həbs edilmiş jurnalistlər Xədicə İsmayılova, Rauf Mirqədirov və başqaları yad edilib.

Öz növbəsində, Nuland deyib ki, vəziyyət haqqında məlumatı var. O, ABŞ-ın demokratiya və insan hüquqlarına dəyişməz dəstəyini təsdiq edib və Vaşinqtonun bu məsələlərlə bağlı rəsmi Bakı ilə daimi dialoqunu dəstəklədiyini və vəziyyəti izlədiyini bildirib. 

.

contact.az

.

Maybe you are interested in:

BMT Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb

Donald Tusk Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək ifadə edib

Gesselin Azərbaycan vətəndaş cəmiyyəti ilə görüşü

R.Sekuta: ABŞ və Azərbaycan arasında dialoq 4 istiqamət üzrə aparılır

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz