Hüquq müdafiə təşkilatları BMT-nin İnsan Hüquqları Şurasını Azərbaycana təsir etməyə çağırıblar
Fevralın 23-də bir qrup beynəlxalq hüquq müdafiə təşkilatı BMT-nin İnsan Hüquqları Şurasına Azərbaycanda mətbuat azadlığının pozulmasına və vətəndaş cəmiyyətinin boğulmasına qiymət vermək çağırışı ilə müraciət edib.
Müraciət müəllifləri bu pozuntulara dair konkret faktları və hadisələri sadalayır və BMT-ni buna qiymət verməyə və onların qarşısının alınması üçün zəruri tədbirləri görməyə çağırır.
Müraciəti Freedom House, Front Line Defenders, Human Rights House Foundation, Human Rights Watch, International Federation for Human Rights (FIDH), International Service for Human Rights (ISHR), People in Need imzalayıb.
.
Maybe you are interested in:
More than 40 International Human Rights Bodies Call Ilham Aliyev to Release Political Prisoners
Human rights organizations call on the United Nations Human Rights Council to influence Azerbaijan
Norwegian Foundation Human Rights House demands the immediate release of Leyla Yunus