Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Konqresi Ukraynaya silah göndərilməsinə dair qətnamə qəbul edib

 

Martın 23-də Amerika Konqresi (Nümayəndələr Palatası) Ukraynaya silah göndərilməsi haqda qətnaməyə səs verib. Sənəd Barak Obamaya ünvanlanıb və tövsiyə xarakteri daşıyır.

Sənədin lehinə 348 qanunverici səs verib, 48 nəfər əleyhinə olub.

Qətnamədə dövlət başçısı "Ukraynanın ölümsaçan müdafiə silahlarının təmin olunması üçün Konqresin ona verdiyi səlahiyyətlərdən istifadə etməyə” çağırılır.

Sənəddə qeyd olunur ki, müstəqil, demokratik və çiçəklənən Ukrayna ABŞ-ın milli maraqlarına cavab verir. Qətnamənin müəllifləri respublikaçı Ed Roys və demokrat Eliot Enjel bildiriblər ki, bu silah özünü müdafiə etmək üçün Ukrayna xalqına lazımdır. Onlar Ukraynanın şərqində baş verən münaqişənin qurbanlarına görə bütün məsuliyyəti Rusiyanın üzərinə qoyublar.

.

contact.az

.

Maybe you are interested in:

Etibarsız dostlar yoxsa yalnış diplomatiya?

Ukrayna, Qazaxıstan və Azərbaycan hökumət başçıları Ukrayna mallarının tranziti məsələsini müzakirə ediblər

Ukrayna BMT və Aİ sülhməramlılarının ərazisinə daxil edilməsinə razılıq verib

Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır

“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz