Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ukrayna BMT və Aİ sülhməramlılarının ərazisinə daxil edilməsinə razılıq verib

 

Cümə axşamı Ukraynanın Ali Radası Donetsk və Luqanski vilayətlərində vəziyyətin tezliklə normallaşdırılmasının təmin edilməsi üçün sülhməramlı əməliyyatlar həyata keçirilməsi məqsədilə xarici qoşunların öz ərazisinə daxil olmasına imkan verən qanun qəbul edib.

Qanunla müəyyən edilir ki, başqa dövlətlərin silahlı qüvvə birləşmələrinin Ukrayna ərazisində olmasının məqsədi Ukraynanın xahişi ilə ona hərbi kömək göstərilməsidir.

Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü tanımayan və ya ona qarşı ərazi iddiaları irəli sürən, Ukraynaya qarşı silahlı təcavüz həyata keçirən dövlətlərin silahlı qüvvə birləşmələrinin ölkə ərazisinə buraxılması qadağan edilir.

Parlamentdə çıxış edən ölkə prezidenti Poroşenko qeyd edib ki, Ukraynanın şərqində genişmiqyaslı müharibənin bərpası ehtimalı çox realdır. Onun sözlərinə görə, Donetsk və Luqanski vilayətlərində Rusiyanın 14 min nəfərdən ibarət 14 ixtisaslaşmış batalyonu və çox sayda döyüş texnikası var.

Kiyev hesab edir ki, Donetskdə vəziyyətin gərginləşməsi Rusiya qoşunlarının Ukrayna ərazilərini, xüsusən də Mariupoleni ələ keçirmək məqsədilə növbəti hücumunun başlanğıcına dəlalət edir. 

.

contact.az

.

Maybe you are interested in:

Əli Həsənov Azərbaycana qarşı "Xaç yürüşü" haqqında

Eldar Mahmudov: “Regiondakı bəzi dövlətlər Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışırlar”

ABŞ Konqresi Ukraynaya silah göndərilməsinə dair qətnamə qəbul edib

Ukrayna-Çeçenistan Dostluq Cəmiyyəti: Keçmiş SSRİ xalqları Kremlə qarşı birgə müqavimət göstərməlidir

Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz