Ukrayna-Çeçenistan Dostluq Cəmiyyəti: Keçmiş SSRİ xalqları Kremlə qarşı birgə müqavimət göstərməlidir
Çeçen xalqı Maydan hərəkatı vaxtından ukraynalıları dəstəkləyir. Çeçenlər Maydanda fəallar arasında olublar, sonra ukraynalılarla birgə döyüşmək üçün antiterror əməliyyatlarının (ATƏ) keçirildiyi zonaya yola düşüblər. Donetsk hava limanında "kiborqlar” arasında da çeçenlər olub. Bu barədə cümə axşamı Ukrayna-Çeçenistan Dostluq Cəmiyyətinin həmtəsisçiləri Kiyev Krizis Media Mərkəzində brifinq zamanı bildiriblər.
Çeçenlər Ukraynada üç könüllü batalyonun tərkibində döyüşürlər. "Biz öz fəaliyyətimizi ATƏ qərargahı ilə tam koordinasiya edirik, özbaşına hərəkət yoxdur”, - Cəmiyyətin həmtəsisçisi Əhməd Əlihacıyev bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfində vuruşan çeçenlərin sayı yüzə yaxındır. Əgər Ukrayna tərəfdən çağırış olarsa çeçenlərin çoxu Ukraynanın ərazi bütövlüyünü qorumağa gedər.
Brifinq iştirakçıları qeyd ediblər ki, çeçenlər heç zaman ukraynalılara qarşı vuruşmayacaqlar və onları "Kadırovçular”la eyniləşdirmək lazım deyil.
"Kadırovçular” müxtəlif millətlərin timsalında Rusiya Federasiyasının güc strukturlarıdır”, - Ə.Əlihacıyev bildirib.
Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyətinin sədri Xaqani Hüseynli qeyd edib ki, Azərbaycan xalqı hər zaman Ukraynanın yanında olub. "Bizim ölkələrdə baş verən hadisələrin kökü eynidir. Əgər biz mənfi proseslərin qarşısını almasaq bunun sonu olmayacaq və Avropa dövlətləri bunu anlamağa başlayırlar”, - o vurğulayıb.
X.Hüseynli əmindir ki, keçmiş SSRİ xalqları təklikdə eşidilməyəcəklər, onlar ümumi qələbə naminə birgə hərəkət etməlidirlər.
"Bütün bədbəxtliklərin kökü Kremldir. Bütün diktatorçu qərarlar, bütün zorakılıq oradan gəlir. Və bütün xalqlar bu zorakılığın qurbanına çevrilir”, "Maydan” Beynəlxalq Liqasının nümayəndəsi Vasili Lyubares bildirib.
.
Maybe you are interested in:
Etibarsız dostlar yoxsa yalnış diplomatiya?
Azərbaycanın Ukrayna siyasəti doğrudurmu?