Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ dövlət katibinin müavini: TANAP Avropanı Rusiya asılılığından azad edəcək

 

Ölkələrin enerji təminatında bir ölkədən asılı olması və bundan siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi pisdir. Bu barədə ABŞ dövlət katibinin energetika diplomatiyası üzrə müavini Amos Hoçşteyn Türkiyənin Hürriyet qəzetinə müsahibəsində bildirib.

Bunun qarşısını almaq üçün enerji təminatı müxtəlifləşdirilməlidir. "Transanadolu qaz kəməri (TANAP) bu mühüm şərti yerinə yetirən layihədir. Təbii qaz yeni tədarükçü tərəfindən və yeni yolla ixrac edilir. TANAP enerji mənbələrinin müxtəlifləşdirilməsi üçün yaxşı nümunədir”, deyə o qeyd edib.

"Boru kəmərinin keçdiyi marşrut çox əhəmiyyətlidir. Layihə Ukrayna və ya Rusiyadan deyil, Türkiyədən keçir. O, Türkiyədən İtaliyaya keçdikdən sonra biz Yunanıstandan Bolqarıstana yeni boru kəməri tikə biləcəyik. Bolqarıstandan boru kəməri Serbiya, Rumıniya və Macarıstana birləşə bilər”, deyə o bildirib.

TANAP Azərbaycan, Türkiyə və Gürcüstan hökumətlərinin öhdəlik olaraq götürdüyü bir layihədir. Bu səbəbdən TANAP bu gün hamının diqqətini çəkir. Onun başa çatması üçün bütün səylər göstəriləcək. Bu, Türkiyə üçün də, Avropa üçün də ən yaxşı variantdır, deyə o qeyd edib. 

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyyat Dəhlizini yeni səviyyəyə çıxarır

Ankara “Türk axını” qazını özü satmaq istəyir

Prezident İlham Əliyev Türkiyəyə gedib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz