Prezident İlham Əliyev Türkiyəyə gedib
Martın 17-də prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib. Prezidentin saytında bildirilir ki, dövlət başçısı Qars şəhərində olacaq. Belə ki, TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçiriləcək.
Xatırladaq ki, bu transmilli qaz kəməri Azərbaycan qazının Gürcüstan və Türkiyəyə, oradan Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəqli üçün nəzərdə tutulub.
TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihə 11 mlrd. dollar həcmində dəyərləndirilir.
Qaz kəmərinin sahibləri SOCAR – 58% (Azərbaycan), Botas - 30% (Türkiyə) və BP-dir 12% (Böyük Britaniya).
.
Maybe you are interested in:
Putin Yerevandakı davranışına görə cavab verir