Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Aparıcı iki müxalifət partiyası iqtidar-müxalifət görüşünə qatılmır

 

May ayının 15-də ölkədəki partiyalarla iqtidar təmsilçiləri arasında növbəti üçüncü görüşün keçirilməsi gözlənilir. Bu xəbər Turan-a partiyalardan məlum olub.

Mənbə bildirir ki, iqtidar təmsilçiləri partiya rəhbərliklərinə göndərdikləri bildirişlərdə görüşə rəsmi qeydə alınan bütün partiyaların dəvət olunduğunu qeyd edirlər. Mənbə deyib ki, adı çəkilən görüşün tarixi naməlum səbəblər üzündən iki dəfə təxirə salınıb. Mənbənin dediyinə görə, bundan əvvəlki bildirişlərdə iqtidar tərəf hətta qeydə alınmayan partiyaların da tədbirə dəvətli olduqlarını bildirirdilər.

Bəzi partiya rəhbərləri görüşün formatı və müzakirə ediləcək mövzu barədə bilgiyə sahib olmadıqlarını, hansı mövzunun müzakirə ediləcəyi barədə iqtidar tərəfin partiyaları məlumatlandırmadığını vurğulayır.

İndiyə kimi keçirilən iki görüşə qatılmayan Müsavat Partiyası başqanı Arif Hacılıdan bu görüşə qatılıb-qatılmayacaqlarını soruşduq. A.Hacılı Prezident Administrasiyasından dəvət aldıqlarını, amma yekun qərarın görüşün formatı, müzakirə ediləcək mövzu barədə məlumat aldıqdan sonra veriləcəyini deyib.

Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı isə görüşə dəvət almadıqlarını və ona qatılmaq niyyətləri olmadığını nəzərə çatdırıb.

Xatırladaq ki, müxalifət və iqtidar təmsilçiləri arasında ilk görüş 2014-cü ilin dekabrında, ikinci görüş isə 2015-ci ilin fevralında keçirilib. Nəzərdə tutulan və hələlik mayın 15-nə təyin edilən üçüncü görüşlə bağlı aprelin ikinci yarısından may ayına kimi tarix iki dəfə təxirə salınıb. 

.

contact.az

.

Maybe you are interested in:

Partiya iqtidarı T.Yaqubluya qarşı kobud qanun pozuntusunda ittiham edir

Milli Şura hakimiyyətlə siyasi partiyalar arasında “dialoq” barədə

Əli Həsənov: “Prezident İlham Əliyev istəyir ki, dövlət siyasətinin formalaşmasında hamı iştirak etsin”

Pənah Hüseyn: “Dialoq üçün ilk öncə siyasi məhbuslar azad edilməlidir”

Müxalifət və iqtidar təmsilçiləri həftə sonu görüşəcəklər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz