Nəticəsiz qalan “Şahin diplomatiyası”
Elə alındı ki, Qətər əmiri şeyx Təmim bin Həməd bin Xalifə Əl Taninin Azərbaycana rəsmi səfəri Beynəlxalq Qadınlar Gününə təsadüf etdi. Lakin imzalanmış 8 saziş və ya daha çox anlaşma memorandumları siyahısı göstərir ki, Tani ailəsinin başçısı prezident İlham Əliyevlə heç də gender məsələlərini müzakirə etməyib.
Azərbaycan və Qətər 10 ildən çox müddət ərzində müxtəlif sənədlər imzalayıblar, onların əksəriyyəti niyyət olaraq qalıb. Ötən il ölkələr arasında ticarət dövriyyəsi altı yüz min dollardan artıq olmayıb, qarşılıqlı rəsmi investisiyalar isə, imkanlar olmasına baxmayaraq, demək olar ki, sıfırda qalıb.
Ən çox Azərbaycan investisiyalarda maraqlı deyildi, burada rejim qapalı inhisarlaşmış iqtisadiyyat qurur və xarici investorlarda ölkə sərvətləri üzərində hakimiyyət inhisarına təhlükə görərək, ölkəni onlardan qoruyurdu. Nəticədə Azərbaycan ölkənin yoxsul vəziyyətinin aydın göstəricisi olan adambaşına düşən ÜDM-i 3 min dollardan bir qədər çox olmaqla, iqtisadi uçurumun kənarında gözünü açdı.
Qətər buna tamamilə əks siyasət yürüdür, o, misli görünməyən resursları və müxtəlif xarici layihələrə böyük yatırımları olduğu halda, sözdə deyil, əməldə xarici investisiyalar üçün qapıları geniş açır. Qətər xaricə daha çox yatırım etməyə hazırlaşır, bir halda ki, Yaxın Şərqin neft dövlətlərinin bir çox dövlət fondları aktivlərini ləğv edir, deyə Bloomberg agentliyi qeyd edir.
Qətər dünyanın ən zəngin ölkəsidir, burada adambaşına düşən ÜDM 88 min dollara çatır. Neft qiymətlərinin düşməsinin nəticələrinə də ölkə formalaşmış böyük maliyyə ehtiyatları sayəsində davam gətirə bilir.
Əliyev administrasiyası 2011-ci ildə Azərbaycanda qeyri-müəyyənlik bir dövrünün ilk xəbərçisi olan neft hasilatının gözlənilmədən azalmağa başladığı andan etibarən Qətərdəki hakim ailəyə nəvaziş göstərməyə başladı. "Şahin diplomatiyası” işə salındı, Azərbaycan çölləri və milli qoruqları ərəb şeyxləri üçün, o cümlədən Tani sülaləsi üçün qapıları taybatay açdı.
Lakin şahin ovu həvəskarlarının
ABŞ-ın müxtəlif regionlarda, o cümlədən Azərbaycanda həyata keçirdiyi siyasət Tani sülaləsi üçün əhəmiyyətlidir və əmir ilk növbədə padişah ambisiyaları ilə deyil, siyasətçi təmkinliyi ilə şərtlənən siyasi kursunu davam etdirəcək. |
1971-ci ildə Britaniyadan müstəqillik əldə etdikdən sonra Qətər ABŞ-la sıx əməkdaşlığa başlayır və 1992-ci ildə ABŞ-ın hava və kosmik əməliyyatları, habelə digər hərbi və kəşfiyyat infrastrukturı olunduğu mühüm regional mərkəzə çevrilir. Onunla belə Qətəri "Müsəlman Qardaşlar”ın və digər islamçı qruplaşmaların baş sponsoru, eyni zamanda Qərb standartları ilə işləyən Əl-Cəzair nüfuzlu ərəb teleradioyayım şirkətinin qərargah-mənzili adlandırırlar.
Əmir Tani üçün qonşu Səudiyyə Ərəbistanı, BƏƏ, İranla qarşıdurma şəraitində Qətərin təhlükəsizliyinin zəmanəti olan ABŞ-la sıx əməkdaşlıq əsas prioritet olaraq qalmaqdadır. Buna görə ABŞ-ın müxtəlif regionlarda, o cümlədən Azərbaycanda həyata keçirdiyi siyasət Tani sülaləsi üçün əhəmiyyətlidir və əmir ilk növbədə monarx ambisiyaları ilə deyil, siyasətçi təmkinliyi ilə şərtlənən siyasi kursunu davam etdirəcək.
Bloomberg agentliyinin son məlumatlarına görə, növbəti beş ildə Qətər ABŞ iqtisadiyyatına təxminən 35 milyon dollar yatırmağı planlaşdırır. Bu ölkənin suveren fondu olan QİA Nyu-Yokrda ofis açıb, bu ofis yeni və mövcud investisiya tərəfdaşları ilə əlaqələri təmin etməyə imkan verəcək.
QİA aktivlərinin ümumi həcmi 256 milyard dollardan artıqdır. Vəsaitlərin əksəriyyəti Avropa qiymətli kağızları ilə yerləşdirilib. Xüsusən, fond Fransanın Total neft şirkətinə və Britaniyanın Barclays bankına fəal investisiya edir.
Turan Analitika Xidməti
.
Maybe you are interested in:
Çin səfəri: gələcək üçün dividentlər
Əfqanıstanın neft naziri Bakıda səfərdədir
Azərbaycanda gözlənilən Dubay səfəri