Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanda gözlənilən Dubay səfəri

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-przezidenti, baş naziri və Dubay əmiri şeyx Muhamməd ibn Raşid əl-Məktumun Azərbaycana üç günlük (1-3 aprel) rəsmi səfəri, onun görüşlərinin yekunlarından və hərəkət marşrutundan göründüyü kimi, təcrübi tanışlıq xarakteri daşıyırdı. Söhbət heç də səfərin yekunlarına görə imzalanmış iki sənəddən – fövqəladə hallar və qiymətli kağızlar sahəsində əməkdaşlıq haqqında memorandumlardan getmir.

Səfərə 2014-cü ilin noyabrında Bakıda keçirilmiş Azərbaycan və BƏƏ arasında ticarət-iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasının davamı kimi baxmaq olar. İclas protokoluna əsasən, tərəflər prioritet sektorlarda birgə müəssisələr yaratmaq məqsədilə öz biznes qruplarına, özəl və dövlət müəssisələrininə, habelə peşəkar təşkilatlara dəstək göstərilməsi və onların təşviqi məsələsində razılıq əldə ediblər. Görüşdə qonaqlara "Ağ şəhər”, kənd təsərrüfatı kimi investisiya üçün potensial layihələr təklif edilib.

Bu gün neft qiymətlərinin düşməsi nəticəsində ciddi iqtisadi böhranla qarşılaşan Azərbaycan hökuməti cari və gələcək layihələrin dəstəklənməsi üçün investisiya cəlb edilməsində heç vaxt olmadığı qədər maraqlıdır.

Dubay tərəfi dəfələrlə Azərbaycana investisiyalara maraq göstərib, amma real vəziyyət göstərir ki, Dubayın təşəbbüsləri indiyədək lazımi diqqətlə qarşılanmayıb. 2010-cu ildə Dubayın Arabtec Holding developer şirkəti Xəzərin sahilində çoxfunksiyalı "Aypara” layihəsinin inşaatı üzrə tenderdə iştirak üçün ərizə verib. "Aypara”ya yaşayış və kommersiya məkanları üçün nəzərdə tutulmuş 5 çoxmərtəbəli bina və 360 otaqlı beşulduzlu otel daxil idi. 2012-ci ildə Bakıda Dubay Ticarət Palatasının MDB-də ilk nümayəndəliyi açılıb. Ərəb investorlarını Azərbaycanda turizm, ticarət, energetika, ASK, İKT, habelə qida və bank sektorları ciddi şəkildə maraqlandırırdı.

Lakin Dubay kapitalının hər-hansı nəzərəçarpan iştirakı qeydə alınmayıb, bir halda ki, Dubayda və Ərəb Əmirliklərində Azərbaycan investisiyaları haqqında mətbuatda çox danışılırdı. Məsələn, söhbət daşınmaz əmlaka çoxmilyonluq yatırımlardan gedir. 2012-ci ildə 20 çəndən ibarət "SOCAR AURORA Fujairah Terminal” işə salınıb, onun ümumi həcmi 641 min kubmetr təşkil edir. O, hər il 20 milyon tondan çox neft məhsullarını qəbul etmək iqtidarındadır. Onu SOCAR şirkəti İsveçrənin Aurora Progress ticarət evi ilə birlikdə təsis edib.

İldən ilə Azərbaycan kapitallı şirkətlərin artışı qeydə alınır. Son 4 ildə Dubayda işləyən Azərbaycan vətəndaşlarının sayı ikiyə qatlanıb və 7 min nəfəri aşıb.

Dubay Ticarət Palatasının Azərbaycan ofisinin rəhbəri Sənan Nəsibli Dubayda

  Bu gün neft qiymətlərinin düşməsi nəticəsində ciddi iqtisadi böhranla qarşılaşan Azərbaycan hökuməti cari və gələcək layihələrin dəstəklənməsi üçün investisiya cəlb edilməsində heç vaxt olmadığı qədər maraqlıdır.
Azərbaycan kapitalının yatırılmasının əsas amilini qeyd edir:

 

Uğurlu və çoxsahəli iqtisadiyyat,

Liberal investisiya mühiti,

Aşağı vergilər və biznes üçün əlavə stimullar,

Gözəl infrastruktur,

Afrika, Asiya və Avropa arasında mərkəzi mövqe,

Logistika dəhlizi,

Fars körfəzi ölkələri ilə gömrük sazişi,

Böyük daxili bazar,

Çoxmədəniyyətli əhali,

İxtisaslaşmış və rəqabətədavamlı işçi qüvvə,

Həyat üçün yaxşı yer.

Əmirliklərlə tərəfdaşlıq əsasən Azərbaycan Dövlət İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) vasitəsilə həyat keçirilir. Hazırda ölkə daxilində bu qurum hamı üçün istisnasız belə şərait yarada və eksklüzivlik prinsipindən imtina edə bilmir.

Tərəflərin müntəzəm hava əlaqəsi var, bu əlaqəni hər iki ölkənin sərnişin və yükdaşıma şirkətləri təmin edir.

Dubay əmirinin səfərinə qədər hər şeyin açıq-aydın olmadığını bir sıra amillər də sübut edir. Durmadan artan və 2013-cü ildə yarım milyard dollara çatan ticarət dövriyyəsi 2014-cü ildə 9 dəfə azalıb. Bu zaman, statistikadan göründüyünə görə, ticarət münasibətlərində əsas hissə Dubaydan idxalın payına düşüb. İkitərəfli münasibətlərin digər mühüm aspekti şeyx Muhamməd ibn Raşid əl-Məktumun özünə toxunurdu. 2014-cü ilin avqust ayında Azərbaycanın vergi orqanların məşhur "Dar-əl-Bir” humanitar təşkilatının Bakı ofisində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Ofisin əməkdalarına dini icmalarla əlaqə ittihamları irəli sürülüb. Təşkilat ittihamları təkzib edərək, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərdiyini qeyd edib. 1979-cu ildə təsis edilmiş, qərargah-mənzili BƏƏ-də yerləşən "Dar əl-Bir”in idarəetməsini tərkibi vitse-prezident şeyx Muhamməd ibr Raşid əl-Məktumun təsdiq etdiyi İdarə Heyəti həyata keçirir.

"Dar-əl-Bir” Azərbaycana 90-cı illərin əvvəllərində 15 ərəb xeyriyyə fondundan biri olaraq gəlib və missionerlik fəaliyyəti ilə məşğul olmadığı üçün indiyədək qalan azsaylı təşkilatlardan biridir.

Lakin məşhur yay axtarışından sonra payızda hökumətlərarası iclasın, daha sonra isə hazırki yüksək səviyyəli yaz görüşünün keçirilməsini nəzərə alsaq, müəyyən şübhə ilə də olsa, əmirliklərin Azərbaycanda "əsaslı” iştirakını gözləmək olar, həm də təkcə xeyriyyəçilik şəklində deyil. KİV-də məlumat yayılıb ki, şeyx Muhamməd ibr Raşid əl-Məktum prezident İlham Əliyevlə görüşdən sonra Azərbaycanın rayonlarından birinə şahin ovuna gəlmiş qohumlarına qoşulmalı idi. Ərəblər üçün şahin ovu xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, BƏƏ-nin gerbində də, manatdan fərqli olaraq devalvasiyaya məruz qalmayan milli kupyurasında – dirhəmdə də bu quşlar təsvir edilib.

Turan Analitika Xidməti

.

contact.az

.

Maybe you are interested in:

Çin səfəri: gələcək üçün dividentlər

Robert Sekuta: “Əsas müzakirə mövzularından biri də insan haqları və demokratiyadır”

Bakı və Paris hökumətlərarası iclasa hazırlaşır

Bakı və İslamabad Kaşmir və Qarabağın təsiri altındadır

Gürcüstan Cənub Qaz Dəhlizi layihəsində iştirak edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz