Şahdağın da hakim ailəyə məxsus olduğu üzə çıxdı
Bu turizm kompleksində Əliyevlə görüşən səyyahın yazdıqları yeni araşdırmaya ipucu verdi

***
Söhbət özünü ehtiraslı turist, alpinist və səyyah kimi təqdim edən Paul Stilin Şahdağda səfəri haqda yazdıqlarından gedir. Paul Stil təsisçisi olduğu "baldhiker.com” saytında yerləşdirdiyi yazıda Azərbaycana və Şahdağdakı lüks otellərə olan səyahətindən, burada Azərbaycan prezidenti İlham Əliyevlə bir neçə dəqiqəlik görüşündən bəhs edir. "Mənə dedilər ki, Azərbaycana səyahətim haqda məqalələrimi oxuyan prezident onları bəyənib. Hazırda onun da burada olduğunu nəzərə alaraq bir neçə dəqiqəlik görüş imkanı var”, - deyə yazan Stil İlham Əliyevin fəxrlə Azərbaycanda turizm haqda danışdığını qeyd edir.
Paul Stil daha bir görüşünü xatırladır, qaldığı "Pik Palace Hotel”in də daxil olduğu "Pasha Hotels” şirkətinin icraçı direktoru Mark Ehlerlə qəhvə fincanı arxasındakı söhbətindən yazır. Müəllif əslən alman olan Ehlerin həm öz işinə, həm də Azərbaycan turizminə ehtirasla yanaşdığını qeyd edir.



"Palace Hotel”in saytına girib doğrudan da "Pasha Hotels and Resorts” MMC-yə aid olduğuna əmin oldum;
"Pasha Hotels and Resorts” MMC-nin təsis məlumatlarına baxdım, öyrəndim ki, avqust ayında qeydiyyatdan keçib. Dərhal da Mədəniyyət və Turizm Nazirliyinin balansında olan təsərrüfat hesablı Şahdağ kurortunda fəaliyyət göstərən otellərin idarəsini ələ keçirib;
"Google”da otelləri kimin tikdiyini axtardım, "Pasha Construction”un saytına keçid aldım;
"Pasha Hotels and Resorts” MMC-nin saytının kimə məxsus olduğunu öyrəndim. Jamila Javanshirin adına imiş;
"Pasha Hotels and Resorts” MMC-nin baş meneceri Mark Ehler və Jamila Javanshirin "Linkedin” səhifələrinə baxdım. Hər ikisində "Pasha Hotels and Resorts” MMC-nin "Pasha Holdinq”ə aid olması ilə bağlı sübut var.


Otellərin idarəetməyə verilməsi, tikintisi və s.-lə bağlı heç bir tender barədə məlumata rast gəlmədik. Qanun belə tenderlərin Satınalmalar üzrə dövlət Agentliyi vasitəsilə, şəffaf şəkildə keçirilməsini tələb edir.


Дайджест
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
NİDA siyasi məhbuslara məktub kampaniyasına başlayıb
Partiyalar X.İsmayılın həbsinə etiraz edirlər
Şərh əlavə edin