Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Miriam Lanskoy: “Əgər ABŞ indiyədək ciddi cavab verməyibsə, Bakı düşünməməlidir ki, bu, həmişə belə olacaq”

 

Demokratiyaya Milli Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy Turan-ın Vaşinqton müxbirinə müsahibəsində 2014-cü ildə demokratiya sahəsində durumu qiymətləndirib.

Azərbaycan üçün nəticələr necədir? Bu sualın cavabında Lanskoy qeyd edib ki, ölkədə vəziyyət ötən il pis idi, indisə daha da pisləşib.

"Həbsxanaya çox adam düşüb. Bir çox təşkilat bağlanıb, bir sıra şəxslər ölkəni tərk etməyə məcbur olub. Bu, vətəndaş cəmiyyəti üçün dəhşətli il olub.

Əgər belə davam edərsə gələn il vəziyyət Mərkəzi Asiyadakı durumu xatırladacaq.

2005-ci il Əndican hadisələrindən sonra Özbəkistanda da oxşar vəziyyət yaranmışdı. QHT-lərin çoxu bağlanmışdı, əməkdaşlar həbs edilmişdi və ya sürgün olmuşdu”, - o qeyd edib.

"Azadlıq” qəzetinin ofisinə reyd, bütün jurnalistlərin dindirilməsi, əsassız ittihamlar vətəndaş cəmiyyətini məhv etmək məqsədilə atılan addımdır.

ABŞ ilə münasibətlərin korlanması baxımından Azərbaycan nə qədər uzağa gedib?

NED nümayəndəsi deyib ki, bu, "lap çoxdan baş verib”. "Azadlıq” radiosu IREX və NDI kimi Amerikanın müəssisəsidir. Bu qurumlar da bir neçə ay olar bağlanıb.

Riçard Morninqstardan sonra Amerika əleyhinə bəyanatlar və açıq tənqid adət halını alıb.

2008-ci ildə BBC, "Amerikanın səsi”, "Azadlıq” radiosu yerli tezliklərdə yayımdan kənarlaşdırılıb. O vaxtdan vəziyyət pisləşib.

Vaşinqtonun reaksiyası nə dərəcədə adekvatdır? NED nümayəndəsi cavabında bildirib ki, hər dəfə səfir və Dövlət Departamenti tərəfindən bu, pislənilib.

Eyni zamanda Lanskoy hesab edir ki, ABŞ hakimiyyəti Azərbaycan hökumətinə təzyiq göstərmək üçün çox üsula malikdir.

"Əgər Amerikanın Rusiyaya qarşı siyasətinə baxsanız, görərsiniz ki, reaksiya tədricən artır və Rusiya ilə münasibətlərin hansı həddə olduğunu görərsiniz. Ümid edirəm ki, Azərbaycanla münasibətlərdə belə olmayacaq.

Lakin ABŞ-ın indiyədək adekvat cavab verməməsi Azərbaycan hökumətində elə təəssürat yaratmamalıdır ki, bu, olmayacaq”, - Lanskoy vurğulayıb.

Azərbaycan hökuməti düşünə bilər ki, əgər Qərb üçün alternativ enerji mənbəyini təmin edə bilərsə insan hüquqlarının pozulmasına böyük diqqət olmayacaq. Bu, özünü aldatmaqdır.

Azərbaycan hökumətinin Rusiyaya meylli olmasının Bakıda antiamerika əhval-ruhiyyəsinin yaranması ilə bağlı olması fikri nə dərəcədə əsaslıdır?

Lanskoy bildirib ki, çox güman ki, antiamerika əhval-ruhiyyəsi daxili amillərdən irəli gəlib. Əslində Bakını Rusiyaya meylləndirmək üçün Moskvanın ona təzyiqlərindən söhbət getmir. Çox güman ki, daxili proseslərə baxışlar üst-üstə düşür ki, bu da Azərbaycanla Rusiyanı yaxınlaşdırır.

Bu fonda Avropanın baş verənlərə münasibəti çox sönükdür. Bu, Avropa üçün böhrandır. Azərbaycan öz müqavilə öhdəliklərinə əməl etməyib və vətəndaş cəmiyyətinə qarşı ən ağır repressiyalar ölkənin Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövrə düşüb.

Niyə ABŞ baş verənlərə reaksiya vermir? Azərbaycan hökumətinin maraqlarının lobbiçiliyindən danışmaq olarmı?

Buna cavab olaraq Lanskoy "kürü diplomatiyası”nı – avropalı deputatların və dövlət xadimlərinin Azərbaycan hakimiyyəti tərəfindən ələ alınmasını göstərib.

"Azərbaycan üçün ən böyük səhv beynəlxalq səviyyədə öz reputasiyasına zərər vurmaq, ABŞ və Avropa ilə münasibətlərin pisləşməsidir.

Belə olan vəziyyətdə Azərbaycanı dəstəkləmək çətindir. Vətəndaş cəmiyyətinə qarşı repressiyalar Azərbaycanın strateji maraqlarına ziyan vurur”, - o vurğulayıb.

Odur ki, Bakı Avropa məhkəməsinin qərarını gözləmədən siyasi məhbusları azad etməlidir. Leyla Yunus, İntiqam Əliyev və Arif Yunus isə dərhal azad olunmalıdır. Çünki onların səhhətində ciddi  problem var”, - Lanskoy qeyd edib.

.

contact.az

.

Maybe you are interested in:

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

İnsan hüquqlarının pozulması fonunda seçkilər demokratik ola bilməz

Freedom House: Azərbaycanda vəziyyət pisləşməkdə davam edir

Azərbaycanda repressiyalar Vaşinqtonda yeni müzakirələrin predmeti oldu

Vaşinqton Azərbaycanda müstəqil səsləri dəstəkləməyə davam edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz