Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Nuland Cənubi Qafqaz ölkələri hökumətlərini dialoqa çağırdı

 

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın fevralın 17-18-də Cənubi Qafqaz turnesi zamanı islahatlar və hökumət və müxalifət və vətəndaş cəmiyyətinin şəxsində opponentlər arasında dialoq mövzusu əsas müzakirə obyekti olub.

İndi elə bir vaxtdır ki, hökümət və müxalifət birgə işləməlidir, deyə Nuland Gürcüstanda bildirib.

Hökumət və vətəndaş cəmiyyəti arasında açıq və yaxşı əlaqələr ölkənin gələcəyi üçün çox vacibdir – Azərbaycandakı sitatdan.

ABŞ vətəndaş cəmiyyəti qurulmasında maraqlıdır, deyə o, Ermənistan hökumətinə müraciət edib.

Üç ölkənin hər biri avtoritarizmdən demokratiyaya keçid zamanı müxtəlif inkişaf mərhələlərini yaşayır. Hər kəsdən çox Gürcüstan irəliləyib, o, siyasi və iqtisadi islahatlar lokomotivi rolunu tutub, bu, parlament idarəetmə üsuluna və liberal iqtisadiyyata tam keçiddə özünü göstərir. Onun ardınca artıq parlament respublikasına keçmək barədə konstitusiya islahatına başlamış, amma azad iqtisadiyyat üçün çox az şey etmiş Ermənistan gəlir. Regionun energetika nəhəngi Azərbaycan əlindən gəldiyi qədər autsayder rolundan yapışır, güclü prezident hakimiyyətini və zəif qeyri-azad iqtisadiyyatı qoruyub saxlayır.

Nulandın sözlərindən aydın olur ki, ABŞ Cənubi Qafqaz ölkələrindən siyasi və iqtisadi islahatlar sahəsində daha qətiyyətli addımlar gözləyir və bu məsələ Vaşinqtonun regionda gələcək ikitərəfli və regional münasibətlərinin prioritetinə çevrilir.

SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz ölkələrinin xalqlarının Avroatlantika məkanına inteqrasiya cəhdləri sayəsində regionda ABŞ təsirini xeyli gücləndirib. ABŞ region ölkələrinin sabitliyinin və müstəqilliyinin əsas zamininə çevrilib. Buna regionun Qərbə yönəlmiş energetika və nəqliyyat marşrutları, Avropa İttifaqı ilə ticarət-iqtisadi və siyasi münasibətlər dəlalət edir.

Bakıda islahatların irəli çəkilməsi üzrə Amerika-Azərbaycan komissiyasının formalaşdırılması layihəsinin səslənməsi, Tbilisidə Gürcüstan və Ukraynanın daha sıx qarşılıqlı əlaqəsi və gürcülərin bu ölkədə Avropa layihələrinə qoşulması layihəsinin təklif edilməsi, Yerevanda ştatların Ermənistan iqtisadiyyatının regional səviyyədə təcridinə son qoyulmasına şərait yaratmaq məqsədilə Türkiyə və Azərbaycanla gərginliyi azaltmağı təklif etməsi kimi səbəblərdən Nulandın səfərini siyasi cəhətdən əhəmiyyətli hesab etmək olar.

Bu mənada Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan, Gürcüstan-Rusiya münaqişə münaqişələrinin açılmasından müəyyən nikbinlik gözləmək olar. Nuland bəlli edib ki, Vaşinqton bu ağrılı nöqtələri diqqətlə izləyir və onların mühasirədən çıxarılması üzrə daha qətiyyətli addımlar atmaq niyyətindədir.

Rusiya-Ukrayna münaqişəsinin hərbi mərhələsinin başa çatmasına, habelə Cənubi Qafqaz ölkələrinin və digər postsovet dövlətlərinin böhran zolağına daxil olmasına əsaslansaq, bu ölkələrin ABŞ-ın islahatlar aparmaq və Qərb dəyərlərinə baxışlara yenidən baxmaq haqqında tövsiyələrinə çox həvəslə əməl edəcəyini proqnozlaşdırmaq olar. Nulad məhz bu haqda danışıb.

Turan Analitika Xidməti

.

contact.az

.

Maybe you are interested in:

R.Sekuta: ABŞ və Azərbaycan arasında dialoq 4 istiqamət üzrə aparılır

Amerika-Azərbaycan İnsan Hüquqları Komissiyası ilə bağlı vəziyyət aydın deyil

Amerika-Azərbaycan işçi qrupu nəylə məşğul olacaq?

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Niyə Cənubi Qafqazda insan hüquqları pozulur?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz