Federal lәzgi
milli-mәdәni muxtariyyәti

MÜSLÜM MƏHƏMMƏD OĞLU HACIMƏTOV

 

Ölkəmizin tanınmış neftçisi, Prezident təqaüdçüsü, həmyerlimiz Müslüm Məhəmməd oğlu Hacımətov ömrünün 84 yaşında vəfat etmişdir.

O, 1931-ci ildə Əcəxür kəndində anadan olub. Erkən yaşlarında atasını itirən yeniyetmə Bakıdı sənət məktəbini bitirərək qazmaçı peşəsinə yiyələnib, 1949-cu ildə öz xahişi ilə "Neft daşları"na gəlib əmək fəaliyyətinə qazmaçı kimi başlayıb. Neft və Kimya İnstitutunun qiyabi şöbəsində ali təhsil aldıqdan sonra qazma ustası vəzifəsinə irəli çəkilib. Uzun illər Suriyada, İraqda neft mənbələrinin aşkarlanaraq istismarında iştirak edib. 1974-cü ildə ona "Qırmızı Əmək Bayrağı" ordeni, az sonra isə Azərbaycanın "Əməkdar neftçisi" və "SSRİ-nin əlaçı neftçisi" fəxri adları verilib.

Təcrübəli usta ilk dəniz fatehləri ilə birlikdə "Neft daşları"nı qurub dənizin daha dərin qatlarında yerləşən yeraltı xəzinəni mənimsəməyə başlayanların öncülü, ilk əfsanəvi dəniz şəhərinin qəhrəman fatehi, qurucusu və yaradıcısıdır. O, briqadası ilə "28 May" yatağında 4 dərin dəniz quyusu qazıb təhvil verib.

Müslüm Hacımətova ölkə başçısının 18 sentyabr 2004-cü il tarixli fərmanı ilə Prezident təqaüdü təyin edilmişdi. Təqaüdə çıxdıqdan ömrünün sonunadək Qusarda yaşayan Müslüm Hacımətov rayonun ictimai, mədəni həyatında yaxından iştirak edir, xatirələrini, həyat təcrübəsini gənclərlə bölüşür, onların vətənpərvərlik tərbiyəsinə həssaslıqla yanaşırdı.

Mehribin ailə başçısı, sevimli həyat yoldaşı, qayğıkeş ata və baba olan bu nəcib insana, vəfalı dosta uca Tanrıdan rəhmət diləyir, qəbrin nurla dolsun deyirik.

Rayon müharibə və əmək veteranları şurası

.

gusarpress.com

.

Maybe you are interested in:

Tehran Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsini təklif edir

İtkin düşmüş neftçilərin ailələri etiraz edirlər

SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖRƏ

GÖRKƏMLİ ALİM, ƏMƏKDAR MÜƏLLİM

Amerikanın Fluor Limited şirkəti Azərbaycanın neft-qaz-kimya kompleksinin idarə olunması üzrə tenderdə qalib gəlib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz