Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Moskva Bakı və Yerevanı kompromisə çağırır

 

Moskva Qarabağ münaqişəsi tərəflərini güc tətbiqindən çəkinməyə və kompromisə nail olmaq üçün siaysi iradə göstərməyə çağırır. Bu barədə RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Təəssüf ki, siyasi dialoqun bərpası münaqişə zonasında vəziyyətin kəskinləşməsi, qurbanların, o cümlədən  dinc əhali arasında  qurbanların artması ilə əlaqədar çətinləşir.

Biz gələcək eskalasiyanın yolverilməz olduğunu hesab edirik. Tərəfləri güc tətbiq etməkdən çəkinməyə, kompromisə nail olmaq üçün lazımi siyasi iradəni nümayiş etdirməyə çağırırıq”, - o vurğulayıb.

M.Zaxarovanın sözlərinə görə, Qarabağ nizamlanması mövzusu bu ilin aprel-may aylarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərnin Moskvaya səfəri zamanı ətraflı müzakirə edilib.

"Bu, Sergey Lavrovun xarici həmkarları ilə hazırkı əlaqələrinin də müzakirə mövzusudur. Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx əməkdaşlıq edirik. Bu yaxınlarda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində RF xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüş zamanı bu ay həmsədrlərin regiona səfəri ərəfəsində nizamlanma ilə bağlı praktiki məsələlərə baxılıb”, - o əlavə edib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Federika Moqerini: "Avropa İttifaqı Dağlıq Qarabağı tanımır".

Moskva etiraf edib ki, Əliyev-Sarkisyan görüşü nəticə verməyib

Vasitəçilərin ünvanına ittihamlr Bakı və Yerevanın siyasi iradəsinin olmadığını göstərir – ATƏT MQ

“Aykakan jamanak” qəzeti bildirir ki, Sergey Lavrov Yerevanı Qarabağ ətrafında bir neçə rayonu qaytarmağa razı salmaq istəyib

Bakı və Moskva arasında Dağlıq Qarabağ, Xəzər dənizi və iqtisadi əlaqələrə dair fikir mübadiləsi aparılıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz