ATƏT Nazirlər Şurasının iclası keçirilən zalda “fil” tapıblar
ATƏT Nazirlər Şurasının iclası Ukraynaya qarşı təcavüzlə əlaqədar Rusiyanın təcridinə çevrilib. Rusiya bütün Aİ və ABŞ nazirlərinin çıxışlarında birbaşa təcavüzkar kimi anılıb.
Xorvatiyanın xarici işlər naziri Kolinda Qrabar-Kitaroviç hətta gender mövzusunda çıxışından imtina edərək, Rusiyanı nəzərdə tutaraq və "qab-qacaq dükanında olan filə” işarə edərək, zalda "fil” olduğu üçün çıxış edə bilməyəcəyini deyib.
O, RF xarici işlər naziri Sergey Lavrovun çıxışına işarə edərək, vəziyyəti "surreal” adlandırıb. Lavrov qərbli həmkarlarının həmrəy tənqidi fonunda Ukraynadakı böhrana görə təqsiri Qərbin boynuna atmağa çalışıb, Qərbi Ukraynada vətəndaş müharibəsi salmaqda ittiham edib.
Bununla belə, Lavrov yöndəmsiz şəkildə Qərbi radikalizm, terrorizm, etnik və dini fundamentalizmlə bağlı hədələrin və təhlükələrin qarşısını almaq üçün səyləri birləşdirməyə çağırmağa çalışıb.
ABŞ dövlət katibi Con Kerri Rusiyanı birbaşa Ukrayna xalqının azad və demokratik inkişaf cəhdlərinin qarşısını almaq cəhdində ittiham edib. O, Rusiyadan Ukraynada sabitliyi pozmağa, separatçıları dəstəkləməyə, hərbi əməliyyatları təşviq etməyə son qoymağı tələb edib.
Almaniya əvvəlki kimi, Rusiyanın təcavüzünü pisləsə də, bununla belə, münaqişəni dinc yolla həll etməyə çağırıb. AFR XİN rəhbəri Frank-Valter Ştaynmayer Minsk sülh danışıqlarını bərpa etməyə çağırıb.
.
Maybe you are interested in: