Xəbər saytı Azərbaycanın korrupsiya və rüşvət kimi problemləri olduğunu yazır
Türkiyənin "dünyabülteni” xəbər saytı əhali sıxlığı ilə bağlı paytaxt Bakının probelmlər yaşaması haqda xəbər yayıb.
Xəbərdə ölkənin kiçik şəhərlərindən böyük şəhərlərinə və xüsusilə də Bakıya əhali axınının şəhərdə əhali artımını çox artırdığı bildirilir.
İnfrastrukturu cəmi 1,5 milyon insana hesablanan Bakıda hazırda 4 milyon nəfərdən çox insan yaşadığı qeyd edilir. Mənbə əhalinin Bakıya axmasına səbəb kimi iş yerlərinin əhəmiyyətli hissəsinin Bakıda toplanmasını göstərir. Xəbərdə ölkənin bölgələrində işsizlik probleminin həllini tapmadığı üçün paytaxta bu axının davam edəcəyi nəzərə çatdırılır.
Mənbə iqtisadi baxımdan bölgələrin inkişaf etmədiyini, aqrar sektorun inkişafına dəstək verilməməsini, təhsilin lazımi səviyyədə olmamasını, korrupsiya və rüşvətin, eləcə də rayon rəhbərlərinin səlahiyyətlərini hədsiz dərəcədə aşmalarını ölkənin həllini tapmayan problemləri sırasında göstərir.
.
Maybe you are interested in:
Azərbaycanda yerli xalqların problemləri
Ərdoğanın oğlu Azərbaycandadır?